Gəncədə emalatxanada yanğın olub

21:33 - 15 May 2025 - HADİSƏ

Gəncədə yanğın hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, sözügedən prospektdə yerləşən misgərlik emalatxanasında anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı emalatxananın 30 kv/metri yanıb. Yanğın söndürülüb digər ərazilərə keçməsinin qarşısı alınıb.

Xəbər xətti