Hərbçimiz vəfat etdi

13:52 - 3 May 2025 - Cəmiyyət

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nağıyev Fərid Elşən oğlu vəfat edib.

Müdafiə Nazirliyindən məlumatı “Qafqazinfo”ya təsdiq ediblər.

Bildirilib ki, hərbçimiz ağır gedişli meningoensefalit diaqnozu ilə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə  başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Xəbər xətti