120-dən çox reys təxirə salındı - 4 nəfər ölüb...

08:52 - 2 May 2025 - DÜNYA

Dehlinin Milli Paytaxt Bölgəsinin (Yeni Dehli də daxil olmaqla) bir neçə ərazisi cümə günü gecə yağan güclü yağışdan sonra su altında qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Yeni Dehlidə onlarla ağac aşıb, bəzi binalar dağılıb. Dörd nəfərin öldüyü bildirilir.

Pis hava şəraiti Yeni Dehlidəki İndira Qandi Beynəlxalq Hava Limanında 120-dən çox reysi təxirə salıb. Çoxları başqa şəhərlərə yönləndirilib. Qatarların hərəkət cədvəlində də pozuntular olduğu barədə məlumatlar var.

Xəbər xətti