Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili İmişli rayonu üzrə təhsil sektorunun inzibati binasına baxış keçirib və əməkdaşların iş şəraiti ilə tanış olub.
Ucnoqta.az xəbər verir ki. daha sonra idarə müdiri İmişli şəhəri 1, 2, 3, 4, 5 və 7 nömrəli ümumi təhsil müəssisələrində olub. Ümumi təhsil müəssisələrinin sinif otaqlarına baxış keçirib və pedaqoji kollektivlə görüşüb.
Müəssisələrdə şagirdlərin inkişafı, onların nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində tövsiyələrini verib.
Məktəb direktorları, müəllimlər idarə müdiri ilə fikir və təkliflərini bölüşüblər.