Dünyanın ən yaşlı insanı Braziliyada vəfat edib.
Ucnoqta.az xəbər verir ki, braziliyalı rahibə İna Kanabarro Lukas 116 yaşında vəfat edib. O, 2024-cü ilin dekabrında 116 il yaşayan yapon qadın Tomiko İtuokinin vəfatından sonra dünyanın ən yaşlı insanı sayılırdı.
Onun ölümündən sonra dünyanın ən yaşlı insanı titulu 115 yaşlı ingilis qadın Ethel Caterhama keçdi.