Lüksemburq Ukraynaya 10 milyon avro ayıracaq

11:06 - 1 May 2025 - DÜNYA

Lüksemburq Ukraynaya Enerji Dəstəyi Fonduna 10 milyon avro ayıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal öz Telegram kanalında qeyd edib.
Müvafiq memorandumu Lüksemburqun baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri Ksavye Bettel və Ukraynanın baş naziri Denis Şmıqal imzalayıblar.

Baş nazir qeyd edir ki, bu vəsait enerji sektorunda layihələrin dəstəklənməsinə, xüsusilə enerji təhlükəsizliyinin bərpasına və möhkəmləndirilməsinə yönəldiləcək.

Həmçinin, onun sözlərinə görə, 2025-ci ildə Lüksemburq Ukraynaya 80 milyon avro hərbi yardım ayırmağı planlaşdırır.

Xəbər xətti