Yenidən etimad göstərib qanunvericilik orqanına namizədliyimi irəli sürdüyünə görə cənab Prezidentə, Ali Baş Komandana öz adımdan və prokurorluq əməkdaşlıqları adından təşəkkürümü bildiriəm.
Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.
“Bugünkü uğurların əsası ümumillilider Heydər Əliyev tərəfindən qoyulub. Onun strategiyası cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 30 ildən çox işğal altında olan ərazilərimizə qələbədən sonra həyat qayıdıb. Arıq Qarabağ və Şərqi Zəngəzurda prokurorluq orqanları fəaliyyət göstərir. Cənab Prezidentin diqqət və qayğısını hiss edirik. Prokurorluq içşçilərinin sosial təminatı, maddi-texniki təchizatı yaxşılaşdırılıb”, - o deyib.
Kamran Əliyev namizədliyini dəstəklədikləri üçün deputatlara təşəkkür edib.