Emin Əmrullayev Astarada vətəndaşları qəbul edəcək

13:20 - 1 May 2025 - ÖLKƏ İÇİ

Elm və təhsil naziri Emin Əmrullayev 30 may tarixində Astara şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Ucnoqta.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri 13 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Xəbər xətti