AHİK sədrinə yeni müşavir təyin olunub

14:50 - 1 May 2025 - Cəmiyyət

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinə yeni müşavir təyin olunub.

Ucnoqta.az xəbər verir ki, müvafiq əmrlə Kamran Qəhəd oğlu Umudov həmin vəzifəyə təyinat alıb.

Qeyd edək ki, K.Umudov bu vəzifəyə qədər Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Analitik təhlil, planlaşdırma və monitorinq şöbəsinin müdiri, eyni zamanda agentliyin Həmkarlar İttifaqının sədri vəzifəsində çalışıb.

Xəbər xətti