Polis narkotiklərə qarşı əməliyyatlar keçirib

12:35 - 2 May 2025 - ÖLKƏ İÇİ

Cəlilabad, Yevlax və Xəzər rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, tədbirlər zamanı 62 yaşlı M.Mirzəyev, 44 yaşlı R.Müsatayev və həmyaşıdı E.Aslanov saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq narkotik vasitə olan marixuana və 2 kiloqramdan artıq psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. 
Araşdırma aparılır.

Xəbər xətti