Ukrayna ordusunun itkiləri açıqlanıb - SİYAHI

13:35 - 2 May 2025 - DÜNYA

Ötən həftə Rusiyanın hava hücumundan müdafiə sistemləri 36 JDAM idarəolunan hava bombasını və ABŞ istehsalı olan 5 HIMARS reaktiv buraxılış raketini vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, həftə ərzində hava hücumundan müdafiə sistemləri tərəfindən 36 JDAM idarəolunan hava bombası və ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəş sistemindən 5 raket, yer hədəflərini vurmağa çevrilən 2 S-200 zenit raketi, eləcə də idarənin 1306 təyyarə tipli pilotsuz uçuş aparatı vurulub.

Bildirilir ki, xüsusi hərbi əməliyyat başlayandan indiyədək ümumilikdə 662 təyyarə, 283 helikopter, 54 891 pilotsuz uçuş aparatı, 605 zenit-raket kompleksi, 23 117 tank və digər zirehli döyüş texnikası, 1554 reaktiv yaylım atəşi sistemi, 24 min 369 ədəd artilleriya və artilleriya 34 874 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.

Xəbər xətti