Prorektor vəzifədən azad edildi

12:21 - 3 May 2025 - Xəbər

Azərbaycan Milli Konservatoriyasında kadr dəyişikliyi olub.

Ucnoqta.az apa-ya istinadla xəbər verir ki, Milli Konservatoriyanın tədris işləri üzrə prorektoru, tarzən, professor Malik Quliyev vəzifədən azad edilib.

Milli Konservatoriyadan faktı APA-ya təsdiqləyiblər.

Malik Quliyev prorektor vəzifəsinə qədər sözügedən təhsil ocağında İnsturmental muğam kafedrasının müdiri vəzifəsində çalışıb.

Nizami Əsədov Milli Konsevatoriyanın tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı APA-ya təsdiqləyib.

Bu təyinata qədər o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xəbər xətti