Saatlı və Sabirabadda məktəb direktorları ilə görüş keçirilib - FOTO

10:33 - 3 May 2025 - ÖLKƏ İÇİ

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili Saatlı və Sabirabad rayonlarının təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, Sabirabad rayonu Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbində keçirilən görüşdə idarənin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.

Görüşdə Bəhruz Nəbili qarşıdakı dövr üçün nəzərdə tutulan məsələlərə nəzarətin artırılması, qurumlararası və daxili kommunikasiyanın gücləndirilməsinin vacibliyi, tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin əhəmiyyəti barədə danışıb və müvafiq tövsiyələrini verib.  

Tədrisin mövcud vəziyyəti, şagird nailiyyətlərinin qiymətləndirilməsi, tədrisin keyfiyyətinin daha da artırılması, təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Şagirdlərin məktəbə qəbulunun qanunamüvafiq formada həyata keçirilməsi, elektron əmək müqavilələrinin tərtibatı zamanı yol verilən nöqsanlar, 11-ci sinif buraxılış imtahanlarının nəticələrinin təhlili, məktəb, müəllim və şagirdlərin üzərinə düşən vəzifələrlə bağlı bəzi məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr qeydə alınıb.


Xəbər xətti