İstanbul yaxınlığında tanker yanıb

19:42 - 8 Aprel 2025 - HADİSƏ

 İstanbul yaxınlığındakı Mərmərə dənizində İzmit körfəzində tankerdə yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb. Hadisə yerinə xilasedici və yanğınsöndürən qayıqlar göndərilib, yanğının söndürülməsi üçün tədbirlər görülür.

Məlumata görə, yanğın gəminin lövbər salan maşın otağında baş verib. Dənizə yanacaq sızması yoxdur. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Xilasedicilərin "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, yanğın nəzarət altına alınıb və gəmi soyudulur. O, təxminən 40 min ton LNG daşıyırdı və Sinqapur bayrağı altında üzürmüş.

Xəbər xətti