Neymar meydanı göz yaşları içində tərk etdi

08:57 - 17 Aprel 2025 - İDMAN

"Santos"un braziliyalı hücumçusu Neymar Braziliya çempionatının "Atletiko Mineiro" ilə ev oyununda zədələnib

Ucnoqta.az xəbər verir ki, futbolçu meydanı göz yaşları içində tərk edib.

Qarşılaşma 2:0 hesabı ilə "Santos"un xeyrinə başa çatıb. Neymar matçın 34-cü dəqiqəsində zədələnərək əvəzlənib. Braziliyalı sol budundan tutaraq və meydanı göz yaşları içində tərk edib. 

Xəbər xətti