Amerikalı aktyor Heyli Coel Osment Kaliforniya ştatındakı xizək kurortunda alkoqol sərxoşluğu vəziyyətində olduğuna və nəzarət edilən maddələrə sahib olduğuna görə həbs edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.
Polis aktyoru sərxoş vəziyyətdə ictimai yerdə olan zaman saxlayıb. Bundan əlavə, Osmentin əlində müəyyən nəzarət olunan maddə tapılıb.
Aktyor hazırda azadlıqdadır. Ondan götürülən maddə analiz üçün laboratoriyaya göndərilib.
Materialda qeyd olunur ki, bu, “Altıncı hiss” və “Süni ağıl” filmlərinin ulduzunun alkoqolla bağlı qanun pozuntularına görə saxlanılması ilk dəfə deyil.