Putin və Trampın bu həftə təmasları planlaşdırılmayıb - Peskov

13:59 - 18 Aprel 2025 - DÜNYA

Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında təmaslar bu həftə planlaşdırılmayıb, lakin lazım gələrsə, söhbət tez bir zamanda razılaşdırıla bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Hazırda bu həftə üçün nəzərdə tutulan təmaslar yoxdur. Amma digər tərəfdən, qurulan əlaqələr bizə lazım gələrsə, çox, çox tez belə bir söhbətlə bağlı razılığa gəlməyə imkan verir", - Peskov bildirib.

Xəbər xətti