ICE birjasında Brent markalı neftin qiyməti aprelin 7-dən bəri ilk dəfə bir barel üçün 67 dolları ötüb
Ucnoqta.az ticarət məlumatlarına əsasən xəbər verir ki, Londonun ICE birjasında 2025-ci ilin iyun ayında tədarük edilən Brent markalı neftin fyuçerslərinin qiyməti aprelin 7-dən bəri ilk dəfə bir barel üçün 67 dolları ötüb.
Brent markalı neftin qiyməti 1,54% artaraq 67,08 dollar/barelə bərabər olub.
WTI markalı neftin 2025-ci ilin iyun ayında çatdırılması üzrə fyuçersləri isə 0,89% artaraq bir barel üçün 63,78 dollara yüksəlib.