ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən 2023-cü ildən bəri sui-istifadə etməkdə ittiham olunan kriptovalyuta birjası Binance bir neçə ölkənin hökumətlərinə rəqəmsal valyutanın tənzimlənməsi ilə bağlı məsləhətlər verir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzetinə ticarət platformasının rəhbəri Riçard Tan bildirib.
Onun sözlərinə görə, ABŞ-ın kriptovalyutalara, o cümlədən milli ehtiyatın yaradılması ilə bağlı yanaşması prezident Donald Trampın dövründə kəskin şəkildə dəyişib.
Bu, digər ölkələri də oxşar addımlar atmağa sövq edir.
ABŞ hazırda bu sahədə yurisdiksiya baxımından digər ölkələrdən əhəmiyyətli dərəcədə irəlidədir deyən Riçard Tan, "Binance"nin kriptovalyuta ehtiyatlarının yaradılmasında əməkdaşlıq etmək üçün bir neçə hökumətdən və suveren sərvət fondlarından bir sıra təkliflər aldığını qeyd edib.
Lakin o, şirkətin işlədiyi ölkələrin adını çəkməkdən imtina edib.