Qar uçqununda şəhid olan əsgər Sabirabadda dəfn olundu

13:27 - 22 Mart 2025 - ÖLKƏ İÇİ

Gədəbəydə qar uçqununda həlak olan əsgər Sabirabadda dəfn olunub.

Ucnoqta.az report-a istinadla xəbər verir ki, dəfn mərasimi bu gün səhər saatlarında rayonun Muğan Gəncəli kəndində baş tutub.

Dəfn mərasimində qar uçqunda həlak olmuş əsgər, 2006-cı il təvəllüdlü Əli Tariyel oğlu İmanovun doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ə. İmanov doğulduğu Muğan Gəncəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Xəbər xətti