Nardaranın adı yol nişanlarında bərpa olundu - FOTO

12:30 - 22 Mart 2025 - AVTO

Xəbər verdiyimiz kimi, Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adının silinərək, “Sea Breeze” adının yazılması müzakirələrə səbəb olmuşdu.

Ucnoqta.az xəbər verir ki, qeyd edilən istiqamətlərdə məlumt lövhələrində Nardaran adı yenidən bərpa edilib. Bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Xatırladaq ki, məsələ ilə bağlı AYNA Axar.az-ın sorğusuna cavab bildirmişdi ki, həmin istiqamətdə Nardaran, Pirşağı, Fatmayı, Goradil, Novxanı və digər ərazi vahidləri mövcuddur və bu adların hamısının eyni anda məlumat lövhələrində göstərilməsi mümkün deyil.


Xəbər xətti