Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ikinci Qədr (əhya) gecəsidir.
Ucnoqta.az xəbər verir ki, ikinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecəyə (20 mart) təsadüf edir.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.
Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı qeyd olunacaq.