Ukrayna və Rusiya 175-ə 175 düsturuna əsasən əsir mübadiləsi aparıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir. 22 ağır yaralı hərbi əsir Kiyevə təhvil verildiyi də bildirilir.
Hərbi əsirlərin hazırda Belarus ərazisində olduğu qeyd olunur.
Əsir mübadiləsində BƏƏ vasitəçi kimi çıxış edib.