Şimali Atlantika Alyansı genişləndikcə Rusiyanın Arktikada təhlükəsizliyinə əlavə təhdidlər yaradır və regionda hərbi və siyasi gərginlik artır.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov deyib.
Maslennikov bildirib ki, mövcud geosiyasi şəraitdə Qərb ölkələrinin təhriki ilə Arktikada neqativ tendensiyalar təəssüf ki, güclənir. O, qeyd edib ki, Finlandiya və İsveçin Şimali Atlantika Alyansına daxil olması və bununla da NATO-nun regionda mövcudluğunun artması hərbi və siyasi gərginliyin artmasına səbəb olub.
Onun sözlərinə görə, NATO-nun regiondakı fəaliyyəti “Rusiyanın təhlükəsizliyi və milli maraqları üçün əlavə çağırışlar və təhdidlər yaradır”.///tass