Kreml istisna etmir ki, Ciddədə ABŞ-Ukrayna danışıqlarından sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı mövzusu zərurət yaranarsa, çox tez təşkil olunacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Biz həmçinin istisna etmirik ki, ən yüksək səviyyədə telefon danışığı mövzusu yarana bilər. Belə bir ehtiyac yaranarsa, bu, çox tez təşkil olunacaq. Amerikalılarla mövcud dialoq kanalları bunu kifayət qədər qısa müddətdə etməyə imkan verir", - Kreml nümayəndəsi bildirib.