Pakistanda qatarın qaçırılması nəticəsində azı 10 nəfər ölüb

11:28 - 12 Mart 2025 - DÜNYA

Pakistanda yaraqlıların sərnişin qatarını qaçırması nəticəsində azı 10 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, qatar maşinisti və azı səkkiz təhlükəsizlik əməkdaşı həlak olub.
Nəşr vurğulayır ki, ölənlərin rəsmi sayı hələ açıqlanmayıb. Bundan başqa, antiterror əməliyyatı başlayandan sonra 37 nəfər xəstəxanaya yerləşdirilib.

Xəbər xətti