Binəqədidə silah-sursat aşkarlandı

10:47 - 12 Mart 2025 - HADİSƏ

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində 1 tapança, 1 patron darağı və 4 patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

Xəbər xətti