Saakaşviliyə hökm oxunub

10:34 - 12 Mart 2025 - DÜNYA

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini dövlət vəsaitlərinin mənimsənilməsi işi üzrə təqsirli bilib və 9 il müddətinə azadlıqdan məhrum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Hökmü hakim Badri Koçlamazaşvili oxuyub. Məhkəmə Saakaşvilinin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Teymuraz Janaşiyanı da təqsirli bilib, lakin o, yalnız 3000 lari (1000 dollardan çox) cərimə ilə azadlığa çıxıb.

Xəbər xətti