Pakistanda qatarı girov götürən 30 silahlı məhv edilib, sərnişinlər azad edilib

09:17 - 12 Mart 2025 - DÜNYA

Pakistan təhlükəsizlik qüvvələri yaraqlılar tərəfindən qaçırılan qatardan ən azı 155 sərnişini azad edib və 30-a yaxın ekstremisti öldürüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Geo telekanalı təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb.

Təhlükəsizlik qüvvələri yaraqlıların hücumu zamanı 450 nəfər ola biləcək qalan sərnişinlərin azad edilməsi əməliyyatını davam etdirir.

Hücumda iştirak edən ekstremistlərin dəqiq sayı məlum deyil.

 Azad edilmiş 17 girovun “təcili tibbi yardım” üçün xəstəxanaya yerləşdirildiyi də bildirilib. Onların xəsarətlərinin xarakteri dəqiqləşdirilməyib.

Xəbər xətti