Suriyada Milli Təhlükəsizlik Şurası yaradılıb

05:55 - 13 Mart 2025 - DÜNYA

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ölkənin Milli Təhlükəsizlik Şurasının yaradılması haqqında fərman verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Milli Təhlükəsizlik Şurası Respublika Prezidentinin sədrliyi ilə yaradılır. 

Şuraya xarici işlər, müdafiə, daxili işlər nazirləri və ölkənin kəşfiyyat idarəsinin rəhbəri daxil olacaq. Bundan əlavə, şuranın iki məsləhətçi üzvü və Şaraa tərəfindən təyin edilmiş texniki ekspert olacaq.

Görüşlər vaxtaşırı və ya prezidentin qərarı ilə keçiriləcək.

Xəbər xətti