Əgər İran həqiqətən də nüvə silahı əldə etmək istəsəydi, ABŞ onu dayandıra bilməzdi.
Ucnoqta.az xəbər verir ki, bunu İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xameneyi deyib.
“Onlar deyirlər ki, biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. Əgər biz həqiqətən nüvə silahı yaratmaq istəsəydik, Amerika bizi dayandıra bilməzdi”, - ISNA xəbər agentliyi Xamneyidən sitat gətirib.