Samux sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
Belə ki, elektrik ustası işləyən rayonun Sarıqamış kənd sakini Rəşad Quliyevi ehtiyatsızlıqdan cərəyan vurub.
O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.