Sakit okeanda Yeni Zelandiya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi xəbər verib.
Seysmoloqların məlumatına görə, yeraltı təkanlar Raul adasından 170 kilometr cənubda yerləşib.
Zəlzələnin ocağı 49,1 kilometr dərinlikdə olub.