Qar yağacaq, çaylarda sululuq artacaq

16:33 - 28 Noyabr 2024 - ÖLKƏ İÇİ

Sabahdan Azərbaycanın ayrı-ayrı yerlərində hava şəraitinin leysan xarakterli olacağı, dağlıq rayonlarında qar yağacağı ehtimalı var.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, noyabrın 29-u günün birinci yarısında Quba-Qusar zonasında, 30-da isə Lənkəran-Astara zonasının bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Xəbər xətti