ABŞ-da 7 uşağı ildırım vurub

17:51 - 28 İyun 2024 - DÜNYA

ABŞ-ın Yuta ştatında ildırım vuran 7 uşaq xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, hadisə təxminən 50 uşaq gəzərkən baş verib. Tufan qopub və şimşəklərdən biri onlara yaxın yerə düşüb.

Yeddi uşaqdan ikisi elektrik boşalması nəticəsində ciddi xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. 

Xəbər xətti