Almaniyada polis onlara bıçaqla hücum edən şəxsi güllələyib

00:14 - 1 İyul 2024 - DÜNYA

Almaniyanın Lauf an der Peqnits şəhərində naməlum şəxs polisə bıçaqla hücum edib, onlar atəş açıblar.

Ucnoqta.az xəbər verir ki. hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hücum edən şəxs aldığı yaralardan dünyasını dəyişib.

Hadisə yerli qatar stansiyası yaxınlığında bir nəfərin polisi təhqir etməyə başlamasından sonra baş verib. Bibər qazından istifadə edilib. Bundan sonra həmin şəxs onlara bıçaqla hücum edib, asayiş keşikçiləri isə silahla cavab verib.

Həkimlərin səyinə baxmayaraq, o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bild tabloidinin yazdığına görə, hücum edən şəxs İran əsilli olub. ///tass

Xəbər xətti