Olimpiyaçımız Dünya kubokunda

16:56 - 28 İyun 2024 - İDMAN

İsveçrənin Arosa şəhərində batut gimnastikası üzrə Dünya kuboku keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, yarışda ölkəmizin idman şərəfini Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Selcan Maqsudova qoruyacaq.

O, Dünya kubokunda məşqçi Vladimir Şulikinin rəhbərliyi altında çıxış edəcək.

Qeyd edək ki, bu gün start götürəcək yarış 2 gün davam edəcək.

Xəbər xətti