İranda prezident seçkilərini pozmağı planlaşdıran terrorçular saxlanılıb

00:01 - 1 İyul 2024 - DÜNYA

Hələ seçki məntəqələri açılmamışdan əvvəl İran ordusunun üzvləri İranda prezident seçkiləri zamanı terror aktları hazırlayan terrorçuları saxlayıblar.

Ucnoqta.az xəbər verir ki, bunu İslam Respublikasının daxili işlər nazirinin müavini Məcid Mirəhmədi deyib.

"Seçkilərdən əvvəl terror aktları hazırlayan terrorçular ölkəyə daxil olub, onlar hərbi qulluqçular tərəfindən saxlanılıb və terror hərəkatı tam məğlubiyyətə uğrayıb".

Daxili İşlər Nazirliyinin rəis müavini aydınlaşdırıb ki, cinayətkarlar “dövlətdə qeyri-sabitlik mühiti yaratmaq və insanları seçki qutularına getməyə qorxutmaq məqsədilə terror əməliyyatları təşkil etməyi planlaşdırıblar”.

İranın daxili işlər naziri Əhməd Vahidi qeyd edib ki, seçki məntəqələrində asayiş 180 min hüquq-mühafizə orqanının əməkdaşı tərəfindən təmin edilib.

Xəbər xətti