Gürcüstan ölkədə Ukrayna ssenarisinə imkan verməyəcək - Baş nazir

15:54 - 28 İyun 2024 - DÜNYA

Gürcüstan hakimiyyəti müəyyən qüvvələrin ölkədə Ukrayna ssenarisini təkrarlamaq cəhdlərinin qarşısını alıb və gələcəkdə belə hadisələrin baş verməsinə imkan verməyəcək.

Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze parlamentdə görülən işlər barədə hesabat verərkən deyib.

“Ukraynalaşmaya, Gürcüstanda Ukrayna ssenarisini inkişaf etdirmək cəhdlərinə, o cümlədən Maydana, sonra ikinci cəbhəyə gəlincə, biz bu barədə dəfələrlə danışmışıq.
Təəssüflər olsun ki, konkret siyasi qüvvələr açıq şəkildə müvafiq təbliğata cəlb olundu və Gürcüstanda “ikinci cəbhə”nin açılmasını açıq tələb etdilər. Təbii ki, bu, ölkəmizə təzyiqi artırdı, lakin bu illər ərzində biz müvafiq ssenarinin qarşısını uğurla ala bildik və təbii ki, gələcəkdə bunu bacaracağımıza əminik”, - Kobaxidze bildirib.

Xəbər xətti