"İctimai nəqliyyatdan istifadə etməyənlər yenə ..."

23:06 - 30 İyun 2024 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, Azərbaycanda yanacağın və sərnişindaşıma qiymətləri bahalaşıb.

Ucnoqta.az xəbər verir ki. tanınmış jurnalist Jalə Həsənli öz feysbuk hesabında qiymət artımlarını  şərh edib.

"İctimai nəqliyyatdan istifadə etməyənlər yenə avtobus və metronun qiymətini qaldırıblar.

▪️ Avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib. 

▪️ Bakı-Sumqayıt (Sumqayıt-Bakı) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 70 qəpik təsdiq edilib.

▪️ Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Bu da son deyil. Qiymətlərin qalxması ilə “zibilə düşdüyümüzə görə”, deyiblər daha sanballı düşək və #zibilpulu nu da artırıblar. 

Hə, birdən qiymət artımına görə səhhətiniz pisləşsə, deyim biləsiniz ki,  #dərman ların da qiyməti artıb.??‍♀️ 

#qismətolsayaşayarıq

Xəbər xətti