Son bir ildə 3 min müəllim Bakıda işə qəbul olunub

14:31 - 25 İyun 2024 - Cəmiyyət

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 3 024 vakansiya təqdim olunub.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Qeyd edilib ki, müsabiqələr nəticəsində tədris ili ərzində 2 769 nəfər işə qəbul olunub.

Bunlardan 1 227 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;

1 245 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;

297 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Həmçinin tədris ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 494 ixtisaslı kadr dəvət edilib.

Xəbər xətti