"Hizbullah" İsrailə zərbələr endirib

12:31 - 27 Sentyabr 2024 - DÜNYA

Livanın "Hizbullah" hərəkatı İsrailin şimalındakı Tiberiya şəhərinə raket zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı məlumat hərəkatın Telegram kanalında dərc olunub.

Mətndə hücumların İsrail silahlı qüvvələrinin hərəkətlərinə cavab olaraq “Livanı və onun xalqını qorumaq üçün” edildiyi bildirilir.
Hücumların nəticələri barədə məlumat verilmir.

Xəbər xətti