Agentlik əməkdaşları Anım Günü ilə əlaqədar ağac əkdilər - FOTO

12:37 - 27 Sentyabr 2024 - Cəmiyyət

27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 353-354-cü km-lik hissəsində, həmçinin Kəlbəcər-Laçın avtomobil yolunun Qorçu kəndi yaxınlığından keçən hissəsində ağacəkmə aksiyası keçiriılib. 

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, aksiya zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "2 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC tərəfindən ərazilər kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. 

Ümumilikdə sözügedən avtomobil yollarının kənarlarına agentliyin tinglik sahələrində yetişdirilmiş 5 minə yaxın eldar şamı, çinar, akasiya və digər müxtəlif növ ağac əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb.

Torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatırəsinin əbədiləşdirilməsi məqsədilə salınan yeni yaşıllıqlar ekoloji vəziyyətin yaxşılaşdırılması və ərazinin görünüşünün daha da gözəlləşməsinə töhfə verəcək.


Xəbər xətti