Paytaxt yollarında tıxac var - SİYAHI

08:26 - 27 Sentyabr 2024 - AVTO

Hal-hazırda Bakının 8 küçə və prospektində tıxac yaranıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Belə ki, yollardakı vəziyyət:
 1. Babək prospekti, mərkəz istiqamətində;
 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 5. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
 6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
 7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 8. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti