Orta məktəbdə süni intellekt mədəniyyəti təbliğ olundu

18:44 - 27 Sentyabr 2024 - Cəmiyyət

“Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə “Süni intellekt mədəniyyətinin öyrənilməsi” layihəsi çərçivəsində tədbirləri davam etdirir.

Növbəti tədbir 27 sentyabr 2024-cü il tarixində Bakının Nizami rayonunda yerləşən 32 nömrəli tam orta məktəbin akt zalında keçirilib. Tədbirdə məktəbin rəhbərliyi, müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Sevda Abdullayeva açaraq mövzunun əhəmiyyətini vurğulayıb.

Məruzəçi professor Rəna Mirzəzadə “Süni intellekt mədəniyyətinin öyrənilməsi” mövzusunda geniş çıxış edib.

Müzakirələrlə davam etdən tədbirin sonunda çıxış edən məktəbin direktoru Sevda Abdullayeva aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirib.

Cavab olaraq professor Rəna Mirzəzadə yaradılmış şərait üçün 32 nömrəli tam orta məktəbin rəhbərliyinə öz təşəkkürünü bildirib.


Xəbər xətti