Zelenski bu icazəni almadan ABŞ-ı tərk edəcək - The Times

11:39 - 27 Sentyabr 2024 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski Qərb silahları ilə Rusiyanın dərinliklərinə endirilən zərbələrə qoyulan məhdudiyyətlərin götürülməsinə nail olmadan ABŞ-dan qayıdacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times” qəzetinin materialında deyilir.

Nəşr qeyd edir ki, Ukrayna rəhbəri ABŞ prezidenti Co Bayden və ABŞ vitse-prezidenti Kamala Harrislə görüşdə şəxsən Britaniyanın “Storm Shadow” raketlərinin və Amerikanın ATACMS-lərinin Rusiya Federasiyasına hücumlarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını xahiş edib.
Materialda qeyd olunur ki, bununla belə, Vaşinqtonun uzaqmənzilli raketlərdən istifadəyə yanaşmasında heç bir dəyişiklik elan edilməyib.

Xəbər xətti