İsrail qüvvələri Suriyada reyd keçirib

17:22 - 20 Sentyabr 2025 - DÜNYA

İsrail qüvvələri Suriyanın cənubundakı Quneytra əyalətinə daxil olaraq Samdaniyah kəndində təmizlik işləri aparıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Suriya televiziyası məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail ordusunun mexanikləşdirilmiş patrulu kəndin girişində nəzarət-buraxılış məntəqəsi qurub və bir neçə mülki avtomobildə axtarış aparıb.

Qeyd olunur ki, sentyabrın 19-u axşam saatlarında dörd zirehli maşından ibarət karvan Suriyanın cənubundakı Dəra əyalətinə daxil olaraq reyd keçirib.

Xəbər xətti