Qəzzada həlak olanların sayı artıb

08:01 - 27 Sentyabr 2024 - DÜNYA

İsrailin Qəzza zolağına hücumları nəticəsində 14 fələstinli həlak olub

Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb. İsrailin son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar nəticəsində 10-dan çox insan həlak olub.

Beləliklə İsrailin Qəzzaya qarşı 2023-cü ilin oktyabr ayından bəri davam edən hücumu 41 min 534 fələstinlinin ölümü, əksəriyyəti qadın və uşaq olmaqla 96 min 92 nəfərin yaralanması ilə nəticələnib.

Xəbər xətti