Cənubi Koreya döyüş atışlı təlimləri keçirib

12:15 - 25 İyun 2024 - DÜNYA

Koreya Respublikası Silahlı Qüvvələri “Çeonmu” reaktiv yaylım atəşi sistemlərindən (MLRS) istifadə etməklə döyüş atışlı təlimlər keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Təlimlərə Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin arsenalından 190-a yaxın hərbi qulluqçu, 7 Çeonmu kompleksi və 80 ədəd digər texnika cəlb olunub.
Təlim Seuldan 140 km cənub-qərbdə yerləşən poliqonda keçirilib və 48 uzaqmənzilli idarə olunan raket atılıb. 

Koreya Respublikası və ABŞ bazar ertəsi birgə beş günlük logistik təlimə başlayıb. Təlimlər ölkənin müxtəlif bölgələrində keçirilir və 2000-ə yaxın insan iştirak edir.

Xəbər xətti