51 yaşlı qadını avtomobil vurdu

09:04 - 3 May 2024 - HADİSƏ

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, rayonun Maştağa qəsəbəsində avtomobil yolu keçən 1973-cü il təvəllüdlü Şirinova Kəmalə Şəfəq qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti